“Mançester Yunayted” və “Tottenhem” “Benfika”nın hücumçusunu transfer etmək istəyir


Portuqaliyanın “Benfika” klubunun mərkəz hücumçusu Vangelis Pavlidis İngiltərə Premyer Liqasının iki tanınmış klubunun maraq dairəsinə düşüb.
90deqiqe.Az xəbər verir ki, bu barədə “CaughtOffside” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Yunanıstan millisinin 27 yaşlı hücumçusu ilə “Mançester Yunayted” və “Tottenhem” klubları maraqlanır. Futbolçunun özü də İngiltərə Premyer Liqasına keçməyə müsbət yanaşır.
Bununla belə, “qırmızı şeytanlar”ın yeni baş məşqçisi Maurisio Poçettinonun “Qalatasaray”ın hücumçusu Viktor Osimhenə heyran olduğu vurğulanır. “Mançester Yunayted”in transfer siyahısında “Əl-Əhli”dən Ayvan Toni və Dortmund “Borussiya”sından Seru Girassi də yer alır.
Qeyd edək ki, Pavlidis cari mövsümdə bütün turnirlərdə 19 oyuna çıxıb, 19 qol vurub və 4 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalının məlumatına görə, yunan hücumçunun bazar dəyəri 35 milyon avrodur.
Dərc vaxtına görə
90deqiqe.azoxuduğunuz
“Mançester Yunayted” və “Tottenhem” “Benfika”nın hücumçusunu transfer etmək istəyir
