Premyer Liqa nəhənginə keçir - ABŞ millisinin hücumçusu


“Monako”nun hücumçusu Folarin Baloqun karyerasını İngiltərədə davam etdirə bilər.
Sportinfo.az “The i Paper”-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” qış transfer pəncərəsində amerikalı forvardı heyətinə qatmaq imkanını nəzərdən keçirir.
İngiltərə klubu hücum xəttini gücləndirmək niyyətindədir.
“Qırmızı şeytanlar”ın yeni baş məşqçisi təyin olunan Maurisio Poçettino daha əvvəl ABŞ millisinə rəhbərlik edib və Baloqunu yaxından tanıyır.
25 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 7 oyuna çıxıb və 1 qol vurub. “Transfermarkt” portalı onun bazar dəyərini 50 milyon avro qiymətləndirir.
