"Real"ın ulduzuna İtaliyada böyük maraq


“Real Madrid”in argentinalı futbolçusu Franko Mastantuono İtaliya klublarının transfer hədəfinə çevrilib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Yahoo Sports" yayıb.
Mənbənin məlumatına görə, 19 yaşlı hücumameyilli yarımmüdafiəçinin hazırda icarə əsasında “Fiorentina”da çıxış etməsi onun gələcəyi ilə bağlı müzakirələri artırıb.
“Milan”, “Roma” və “Napoli” argentinalı futbolçunun vəziyyətini yaxından izləyir. “Fiorentina” da Mastantuononu daha bir mövsüm komandada saxlamaqda maraqlıdır.
Mastantuono cari mövsümdə “Fiorentina”nın heyətində 13 oyuna çıxaraq 4 qol vurub. Onun çıxışı İtaliya klublarının diqqətini cəlb edib.
Qeyd edək ki, futbolçunun icarə müqaviləsində satınalma şərti yoxdur. Mövsümün sonunda onun gələcəyi ilə bağlı son qərarı “Real Madrid” rəhbərliyi verəcək.
Əlisahib İbrahimli
