Qazaxda yol qəzasında ata, oğlu və bacısı oğlu vəfat etdi -


QAZAX, 18 noyabr. TELEQRAF
Bu gün saat 19:30 radələrində Qazax rayonunun Aslanbəyli–Kəmərli avtomobil yolunda İttifaq İkram oğlu Müsəddirovun idarə etdiyi 99-RU-835 dövlət qeydiyyat nişanlı “Opel” və Sənan Hüseyn oğlu Dəryaquliyevin idarə etdiyi 10-NB-330 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobillər toqquşub.
Teleqraf xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində hər iki sürücü və “Tofaş”ın iki azyaşlı sərnişini həlak olub. “Tofaş”da olan bir qadın sərnişin isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri ötmə və manevr qaydalarına, eləcə də müəyyən edilmiş sürət həddinə ciddi riayət etməyə çağırır. Hər bir sürücü nəzərə almalıdır ki, təhlükəli ötmə, düşünülməmiş manevr və sürət həddinin aşılması ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbləri sırasındadır.
***
20:35
Qazax rayonunun Aslanbəyli Kəndində baş verən yol qəzasında ölən şəxslərin kimiliyi bilinib.
Teleqraf xəbər verir ki, hadisə zamanı Sənan Dəgahquliyev (1994), onun övladı G.Dərgahquliyeva və bacısı oğlu M. Mehdili (2018) vəfat edib. Hadisə nəticəsində daha iki nəfər xəsarət alıb. Yaralılar Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
19:57
Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.
"Tofaş" və "Opel" maşının toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb, iki nəfər xəsarət alıb.
Qəzada ölənlər Sənan Dərgahquliyev (1994) , onun yazyaşlı oğlu və azyaşlı bacısı oğludur.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Dərc vaxtına görə
Teleqraf.azoxuduğunuz
Qazaxda yol qəzasında ata, oğlu və bacısı oğlu vəfat etdi -

Demokrat.az+1 mənbə