Qartal bayquşunun dovşan ovlaması kameraya düşdü VİDEO

Qazaxıstanda təbiət ərazisində quraşdırılan fototələ nadir və maraqlı görüntü qeydə alıb. Qırmızı kitaba daxil edilmiş qartal bayquşunun dovşan ovladığı an “Ertis Ormanı” dövlət meşə təbiət qoruğunun ərazisində lentə alınıb.
Bugun.tv xəbər verir ki, bu barədə “Mail.ru” Qazaxıstanın “Zakon.kz” nəşrinə istinadən məlumat yayıb.
Qoruq əməkdaşlarının bildirdiyinə görə, görüntülər noyabrın 18-də fototələ vasitəsilə əldə edilib. Kadrlarda iri yırtıcı quşun ov etdiyi və dovşanı ələ keçirdiyi görünür.
Mütəxəssislər qartal bayquşunun güclü pəncələri, iti görmə qabiliyyəti və həssas eşitmə duyğusu sayəsində gecə ovunda xüsusi üstünlüyə malik olduğunu bildirirlər.
Qorunan quş növü
Qartal bayquş Qazaxıstanda bayquşlar fəsiləsinin ən iri nümayəndəsi hesab olunur və ölkənin Qırmızı Kitabına daxil edilib. Bu quş xüsusi mühafizə altındadır, onun ovlanması qadağandır.
Qoruq əməkdaşları belə görüntülərin nadir hallarda qeydə alındığını vurğulayaraq yırtıcıların təbii ekosistemdə qida zəncirinin və bioloji tarazlığın qorunmasında mühüm rol oynadığını qeyd ediblər.

Report+1 mənbə