20 min nəfər bahalaşmaya etiraz etdi - bu ölkədə


İtaliyanın Milan şəhərində yaşayış xərclərinin artmasına və hökumətin sosial-iqtisadi siyasətinə qarşı kütləvi etiraz aksiyası keçirilib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, “Corriere della Sera” qəzetinin məlumatına görə, aksiyada ümumilikdə 20 minə yaxın insan iştirak edib.
Bildirilib ki, 15 min tələbə Duomo meydanına doğru yürüş edib. Onlara İtaliya Əmək Ümumi Konfederasiyasının (CGIL) 5 minə yaxın üzvü də qoşulub.
Etirazçılar yaşayış xərclərinin artmasına, məktəblərə, universitetlərə və səhiyyə sahəsinə ayrılan vəsaitlərin azaldılmasına qarşı çıxıblar.
Aksiyalar səbəbindən şəhərdə ictimai nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Həmçinin həmin gün İtaliyanın müxtəlif bölgələrində ümumxalq tətilinin keçirilməsi gözlənilir.
