Qardaşlığı tərəfindən qətlə yetirildiyi deyilən Gülarənin fotoları


Noyabrın 17-də saat 15 radələrində Bakının Binəqədi rayonu ərazisində 23 yaşlı qadın qətlə yetirilib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətlə yetirilən qadın Gülarə Mehdiyevadır. Onun rəssamlıq fəaliyyəti ilə məşğul olduğu bildirilir.
Qeyd edək ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən qadının ögey qardaşı A.Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
19:44
Bakıda qardaş ögey bacısını qətlə yetirib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün paytaxtın Binəqədi rayonunun Binəqədi qəsəbəsində baş verib.
Noyabrın 16-da saat 15 radələrində Binəqədi rayonu ərazisində 23 yaşlı qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Qeyd olunub ki, qəsəbə sakini Ayxan Ağa oğlu Mehdiyev Həmzə Babaşov küçəsində yerləşən evdə ögey bacısı Gülarə Mehdiyevanı bıçaqlayıb.
Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.
Polisin keçirdiyi tədbirlərlə cinayəti törədən, ögey qardaşı A.Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.
Samir Əli
19:10
Bakı şəhərinin Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Oxu.Az Ölkə.az-a istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında Binəqədi qəsəbəsinin Həmzə Babaşov küçəsində qeydə alınıb.
Məlumata görə, qardaş bacısına bıçaqla xəsarət yetirib. Qadın aldığı xəsarətlər nəticəsində həyatını itirib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
oxu.az/kriminal/bak…
Qaynar xətt:
(055) 224 12 12
Dərc vaxtına görə
