ABŞ, Rusiya və Çin liderləri Çində üçtərəfli görüş keçirirlər


11 mənbə əsasında
ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində bir araya gəliblər. Noyabrın 19 tarixinə planlaşdırılan bu tədbir tarixdə hər üç ölkə liderinin ilk üçtərəfli görüşü formatında baş tutur. Sammit zamanı Ukraynadakı müharibə, İran ətrafındakı vəziyyət, beynəlxalq ticarət, enerji əməkdaşlığı və təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi gözlənilir. Liderlərin Şençjendəki təmasları qlobal siyasət və iqtisadiyyat üçün mühüm hadisə kimi qiymətləndirilir.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
PUTİNLƏ TRAMP ÇİNDƏ BİR ARAYA GƏLDİ - Tarixi görüşdən ilk FOTOLAR
ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Çində APEC Zirvəsi çərçivəsində ikitərəfli qapalı görüş olub.Mia.az xarici mətbuata istinadla xəbər verir ki, iki ölkə lideri Rusiya-Ukrayna müharibəsi, nüvə silahlarının məhdudlaşdırılması, İrandakı münaqişə və Vaşinqton-Moskva münasibətləri ətrafında müzakirə aparıblar.Yeri gəlmişkən, görüşdən əvvəl Tramp Putini yenidən tərfiləyib v deyib: "Bundan çoxlu əla nəticələr əldə edə bilərik. Bizim çox yaxşı münasibətlərimiz var".Görüşdən sonra isə tərəflrə hələki açıqama verməyiblər.Dünya mediası isə Tramp və Putin arasındakı görüşdən sonra diqqəti Çin prezidenti Si Cinpinin də iştirak edəcəyi üçtərəfli sammitə yönəldib. Xatırladaq ki, ABŞ, Rusiya və Çin liderlərinin ilk dəfə bu formatda eyni masada görüşməsi görüşün tarixi əhəmiyyətini artırır. Kremlin sözçüsü Peskov üçtərəfli görüş üçün təxminən bir saat vaxt ayrıldığını açıqlayıb. Müzakirələrin qlobal təhlükəsizlik, nüvə silahlarının məhdudlaşdırılması, beynəlxalq ticarət və böyük dövlətlər arasındakı münasibətləri əhatə etməsi gözlənilir.F.ƏHMƏDMİA.AZ
Tam oxu Mia.az saytındaDərc vaxtına görə