Putinin sözçüsünə Tramp sürprizi


ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşün əvvəlində onun mətbuat katibi Dmitri Peskovu tərifləyib. O, fikirlərini bildirərkən Peskovun çiyninə dostyana şəkildə vurub.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin jurnalist qrupunun nümayəndələri məlumat yayıb.
Qeyd edək ki, Tramp dəfələrlə Putinlə yaxşı münasibətlərinin olduğunu vurğulayıb. Peskovun ünvanına səsləndirilən tərifə Kreml tərəfindən hələlik münasibət bildirilməyib.
Xatırladaq ki, Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Putin, Si Cinpin və Trampın iştirakı ilə üçtərəfli görüşün də keçirilməsi nəzərdə tutulur.
Müəllif: Adəm
