Sudanda ÇDQ komandiri tabeliyindəki hərbçilərlə orduya qoşulub


Dünya
0 0
Bugün 11:27
Sudanda Çevik Dəstək Qüvvələrinin (HDK) komandirlərindən Mişal Abdurrahman tabeliyindəki zabit və hərbçilərlə birlikdə ölkə ordusunun sıralarına keçib.
Sudan dövlət xəbər agentliyi SUNA-nın məlumatına görə, ÇDQ- nin 27-ci və 28-ci bölmələrinin komandiri Abdurrahman ordu və kəşfiyyat rəsmilərinin iştirakı ilə verdiyi açıqlamada tabeliyindəki hərbçilərlə birlikdə Sudan ordusuna qoşulduğunu bildirib.
O, hərbçilərin bu qərarı könüllü şəkildə verdiklərini və Sudan Silahlı Qüvvələrinin sıralarında döyüşməyə hazır olduqlarını qeyd edib.
