Rusiya və Ukrayna arasında qarşılıqlı zərbələr, Xarkovda 23 yaralı var


Rusiyanın hücumları nəticəsində Xarkov vilayətində 23 nəfər yaralanıb, eyni zamanda Kurskda Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
"Report" xəbər verir ki, zərbələr barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov teleqramda, Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn isə "Maks" sosial şəbəkəsində məlumat verib.
Məlumata görə, ötən sutka ərzində Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin 8 yaşayış məntəqəsinə zərbələr endirib, nəticədə 23 nəfər xəsarət alıb.
Xəbər yenilənir
Dərc vaxtına görə
