Putin, Tramp və Si Cinpin əl sıxdı – Görüntülər yayıldı


Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin noyabrın 18-də Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Şençjendə keçirilən sammiti çərçivəsində təşkil olunan rəsmi ziyafət öncəsi bir-biri ilə əl sıxıblar.
Görüntülərdə Putin və Trampın əl sıxarkən qısa müddət ayaqüstü söhbət etdikləri əks olunub. Bu ünsiyyət sammit iştirakçılarının birgə foto çəkilişindən əvvəl baş tutub.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl Putinlə Trampın bu gün axşam APEC sammiti çərçivəsində keçiriləcək rəsmi ziyafət zamanı təkbətək söhbət edə biləcəklərini istisna etməyib.
Mövsüm,
AzNews.az
