Putin-Cinpin görüşü başa çatdı


Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında danışıqlar yekunlaşıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, görüş "Tsilin Şançjuan" dövlət iqamətgahında, "Tsilinyuan" villasında baş tutub.
Geniş tərkibdə olan toplantı yerli vaxtla təxminən günorta saatlarında (Bakı vaxtı ilə 08:01-də - red.) başlayıb. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən müzakirələrdə gələcək iqtisadi əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub. Daha sonra danışıqlar dar çərçivədə işgüzar səhər yeməyi formatında davam etdirilib. Rusiya lideri ilə yanaşı, bu görüşdə xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov da iştirak ediblər. Rusiya və Çin rəhbərlərinin ümumi ünsiyyəti iki saatdan çox çəkib.
10:20
Çin lideri Si Cinpin ölkəsinin Rusiya ilə əlaqələrini böyük dövlətlər arasında yeni növ qarşılıqlı fəaliyyət nümunəsi hesab edir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Çin rəhbəri bunu noyabrın 18-də Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə bildirib.
Si Cinpinin sözlərinə görə, Pekin ilə Moskva arasındakı münasibətlər sabit və etibarlı olaraq qalır, beynəlxalq vəziyyətin qısamüddətli dəyişikliklərindən təsirlənmir.
O, həmçinin vurğulayıb ki, hər iki dövlət çoxşaxəli əməkdaşlığı dərinləşdirməyə, çoxqütblü dünyanın formalaşmasına və beynəlxalq münasibətlərin demokratikləşməsinə dəstək verməyə davam etməlidir.
Çin lideri hazırkı görüşün rəmzi əhəmiyyətinə də toxunub. Bu, həm şəxsi danışıqlar, həm də videokonfrans formatındakı təmaslar nəzərə alınmaqla, 2013-cü ildən bəri Putin və Cinpinin 50-ci görüşüdür. Bununla yanaşı, liderlər 2026-cı ildə artıq üçüncü dəfədir ki, təkbətək təmasda olurlar.
Xatırladaq ki, may ayında Vladimir Putin Pekinə səfər edib və orada tərəflər xüsusən də "Rusiya ilə Çin arasında mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında" Müqavilənin müddətinin uzadılmasını təsdiqləyiblər. Avqust ayında isə dövlət başçıları Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində danışıqlar aparıblar. Rusiya-Çin münasibətləri ilə yanaşı, APEC İşgüzar Sammitindəki çıxışı zamanı Si Cinpin Şençjenin iqtisadi inkişafına da diqqət çəkib. O, 40 ildən çox müddət ərzində şəhərin kiçik bir qəsəbədən böyük beynəlxalq meqapolisə çevrildiyini qeyd edərək, onun inkişafını dünya iqtisadiyyatındakı əhəmiyyətli dəyişikliklərin bariz nümunəsi adlandırıb.
Qeyd olunur ki, Rusiya və Çin liderləri arasında ən yüksək səviyyədə başlayan danışıqlar artıq bir saatdan çoxdur davam edir. İki lider qısa açılış nitqindən sonra müzakirələri mətbuat nümayəndələri üçün qapalı formatda aparıblar. Dövlət başçılarını hər iki tərəfdən təqribən on nəfərdən ibarət geniştərkibli nümayəndə heyəti müşayiət edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
oxu.az/dunya/cinpin…
Qaynar xətt:
(055) 224 12 12
1 mənbə