Keçmiş vəkil Namizəd Səfərovun məhkəməsində prokuror 8 il həbs istəyib


23 mənbə əsasında
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edərək təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. İttihama əsasən, o, vətəndaşa vəzifəyə təyin olunması üçün kömək edəcəyini vəd edərək ondan külli miqdarda pul alıb, lakin verdiyi sözü yerinə yetirməyib. Məhkəmənin növbəti iclası noyabrın 26-na təyin olunub.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Prokuror Namizəd Səfərovun 8 il həbsini tələb etdi
Dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə Namizəd Səfərova cəza istənilib. Prokuror onun 8 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Məhkəmənin növbəti prosesi noyabrın 26-na təyin olunub. İttihama görə, Günel Əfəndiyeva Namizəd Səfərovla tanış olub. N.Səfərov Vəkillər Kollegiyasından azad olunmasına baxmayaraq, G.Əfəndiyevaya hüquqi yardım göstərə biləcəyini deyib. O, vəzifəli tanışları vasitəsi ilə Günel Əfəndiyevanın vəzifəyə təyin ediləcəyinə söz verib və ondan 53 min manat pul alıb. Lakin vədinə əməl etməyib. Namizəd Səfərov elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş edib. Vəsatət təmin edilməyib. Məhkəmə prosesi iyulun 30-da davam etdiriləcək. Qeyd edək ki, ittihama görə, keçmiş vəkil Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyininə görə vətəndaş polisə müraciət edib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Tam oxu Bakivaxti.az saytındaDərc vaxtına görə