Türkiyədə ərini həşərat dərmanı ilə öldürməkdə şübhəli bilinən qadına ağırlaşdırılmış ömürlük həbs tələb olunub


Hadisə
0 0
Bugün 14:28
Türkiyənin Çorum vilayətində ərini həşərat dərmanı ilə zəhərləyərək öldürməkdə şübhəli bilinən 54 yaşlı Sevim Yabacı barəsində ağırlaşdırılmış ömürlük həbs cəzası tələb edilib.
İttiham aktına görə, qadın iyulun 8-də 112-yə zəng edərək 77 yaşlı həyat yoldaşı Hüseyin Yabacının evə sərxoş gəldiyini və ağzına milçək dərmanı sıxdığını bildirib. Xəstəxanaya yerləşdirilən kişi ertəsi gün vəfat edib.
Meyitin ekspertizası zamanı onun qanında spirt aşkarlanmayıb. Mərhumun oğlunun şikayəti əsasında başlayan araşdırmada qadının ərini qəsdən öldürməkdə şübhəli bilindiyi bildirilib.