Keçmiş vəkil Namizəd Səfərovun məhkəməsində prokuror 8 il həbs istəyib


21 mənbə əsasında
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edərək təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. İttihama əsasən, o, vətəndaşa vəzifəyə təyin olunması üçün kömək edəcəyini vəd edərək ondan külli miqdarda pul alıb, lakin verdiyi sözü yerinə yetirməyib. Məhkəmənin növbəti iclası noyabrın 26-na təyin olunub.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Prokuror keçmiş vəkilə ağır cəza istəyib
Ajans.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda istintaq materiallarına əlavə edilən sənədlərin tədqiqinə başlanılıb.Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib və çıxışlar mərhələsi başlayıb. Prokuror dövlət ittihamının müdafiəsi zamanı Namizəd Səfərovun 8 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.Növbəti proses noyabrın 26-na təyin edilib.Xatırladaq ki, ittihama görə, keçmiş vəkil Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyininə görə vətəndaş polisə müraciət edib.Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.(oxu.az)
Tam oxu Ajans.az saytındaDərc vaxtına görə
