Probleminizi ictimailəşdirmək istəyirsiniz? - Oxu.Az-a bir mesaj yetər - Foto


Oxu.Az oxucularla əlaqələrin daha da gücləndirilməsi və vətəndaş müraciətlərinin operativ şəkildə qəbul olunması məqsədilə qaynar xəttini yenilədi.
Artıq bizə (055) 224-12-12 nömrəsi ilə də qarşılaşdığınız problemlər, ictimai əhəmiyyət kəsb edən hadisələr, sosial məsələlər, eləcə də foto və videomateriallarla bağlı məlumatları çatdıra bilərsiniz.
Saytın mobil versiyasında gördüyünüz bu nömrəyə bir toxunuşla zənginiz qəbul olunacaq:
Məlumat, foto və videolarınızı (055) 224-12-12 nömrəsinə "WhatsApp" üzərindən yönəldə bilərsiniz.
Qaynar xətt vasitəsilə daxil olan müraciətlər redaksiya tərəfindən araşdırılacaq, ictimai maraq doğuran mövzular işıqlandırılacaq və aidiyyəti qurumların mövqeyi öyrəniləcək.
Oxu.Az hər zaman olduğu kimi, cəmiyyət üçün aktual məsələlərin gündəmə gətirilməsinə və vətəndaşların səsinin eşidilməsinə töhfə verməyə davam edəcək.
Səsiniz gəlsin!
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
oxu.az/cemiyyet/pro…
Qaynar xətt:
(055) 224 12 12
1 mənbə
