Premyer Liqada bir gündə iki baş məşqçi istefaya göndərildi


İngiltərə Premyer Liqasının tarixində altıncı dəfədir ki, bir mövsüm ərzində iki baş məşqçi eyni gündə vəzifəsindən ayrılıb.
Offsideplus.az xəbər verir ki, bu gün "Mançester Yunayted" Maykl Kerrikin istefasını açıqlayıb, "Kristal Pelas" isə Pyer Sajı vəzifəsindən azad edib. Sonuncu dəfə belə hadisə 15 dekabr 2024-cü ildə baş verib. Həmin vaxt Qari O'Nil "Vulverhempton"dan, Rassel Martin isə "Sauthempton"dan göndərilmişdi.