Praqada qatarların toqquşmasının səbəbi məlum olub - Foto/Video


Noyabrın 17-də səhər saatlarında Praqada qatarların toqquşmasına səbəb işıqforun qadağanedici siqnalında hərəkətin davam etdirilməsi olub.
Oxu.Az Çexiya televiziyasına istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri İvan Bednarik məlumat verib.
"Hazırda hər şey qatarlardan birinin qırmızı işıqda keçdiyini göstərir. Xoşbəxtlikdən, avtomatik təhlükəsizlik sistemi işə düşüb. Hər şey daha pis nəticələnə bilərdi", - deyə o bildirib.
İşə düşən avtomatik sistem dəmir yolunun həmin hissəsindəki bütün qatarları dayandırıb. Bunun sayəsində qatarlar aşağı sürətlə əyləclənərkən toqquşublar.
Qeyd edək ki, qəza nəticəsində 16-sı əcnəbi olmaqla, 46 nəfər xəsarət alıb.
17 noyabr, 14:19
Praqanın əsas dəmir yolu vağzalı yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində xəsarət alanların sayı 46 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Çexiyanın "Novinky" nəşri rəsmi qurumlara istinadən məlumat yayıb.
Xəbərə görə, hadisədən iki saat sonra xilasetmə əməliyyatları yekunlaşıb və hərəkət qismən bərpa olunub. Daşıyıcı şirkət hər iki qatardakı sərnişinlərə dəyən maddi ziyanın və səhhətlərinə vurulan zərərin tam şəkildə kompensasiya ediləcəyini bəyan edib.
17 noyabr, 12:44
Səhər saatlarında Praqanın dəmir yolu vağzalı yaxınlığında iki sərnişin qatarı toqquşub.
Oxu.Az xəbər verir ki, bu barədə Çexiya mətbuatında məlumatlar yayılıb.
Qeyd edilib ki, qəza nəticəsində 34 nəfər xəsarət alıb. Hadisə yerinə xeyli təcili tibbi yardım briqadası və yanğınsöndürmə bölmələri cəlb olunub.
Zərərçəkənlərin sayının çox olması səbəbindən həkimlər tərəfindən xüsusi fövqəladə reaksiya planı elan edilib.
Hazırda hadisənin başvermə səbəbləri və təfərrüatı araşdırılır. Qəza ilə əlaqədar Praqada bəzi istiqamətlərdə qatarların hərəkəti dayandırılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
oxu.az/dunya/praqad…
Qaynar xətt:
(055) 224 12 12