Polis bir gündə 62 şübhəli şəxsi saxlayıb: Silah və narkotiklər aşkarlanıb


Azərbaycanda polis əməkdaşlarının noyabrın 17-də keçirdikləri əməliyyat və profilaktik tədbirlər nəticəsində çoxsaylı silah-sursat və narkotik vasitələr aşkar edilərək götürülüb.
Gunxeber.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Paytaxtda və respublikanın müxtəlif rayonlarında keçirilən tədbirlər zamanı 3 avtomat, 1 tapança, 4 qumbara, 2 alışdırıcı, 6 tüfəng, 30 patron darağı və müxtəlif çaplı 3393 patron aşkar edilərək götürülüb.
Eyni zamanda polis əməliyyatları nəticəsində ümumi çəkisi 6,5 kiloqram olan narkotik vasitə aşkarlanıb.
Noyabrın 17-də ailə üzvlərinə məlumat vermədən yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışda olan 5 nəfərin də yeri müəyyənləşdirilib və onlar aidiyyəti üzrə təhvil veriliblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan isə 10 cinayətin açılması təmin edilib.
Müxtəlif səbəblərlə axtarışda olan ümumilikdə 116 nəfər saxlanılıb. Onlardan 90-nın borclu şəxs qismində axtarıldığı bildirilib.
Bundan başqa, narkotiklərlə əlaqəli 15, qanunsuz silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı 9 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.
Xəbərlərimizi Google-da izləyin Yeniliklərdən dərhal xəbərdar olun
16:18
15:20
10:05
03:00
01:45
22:50
1 mənbə
