Poçettino “Yuventus”un futbolçusunu “Mançester Yunayted”ə aparmaq istəyir
İdmanXəbəradmin


“Mançester Yunayted”in baş məşqçisi Maurisio Poçettino “Yuventus”un yarımmüdafiəçisi Ueston Makkenni ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, argentinalı mütəxəssis ABŞ millisində birlikdə çalışdığı futbolçunu yenidən öz komandasında görmək istəyir.
28 yaşlı Makkenni Turin təmsilçisinin əsas heyət üzvlərindəndir. Onun “Yuventus”la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
Futbolçunun transfer dəyərinin təxminən 30 milyon avro olduğu bildirilir.
İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43
1 mənbə
