Pirs Brosnan yeni “Ceyms Bond”a dəstək verdi – “Möhtəşəm olacaqsan”


Hollivud aktyoru Pirs Brosnan yeni Ceyms Bond obrazını canlandıracaq aktyora dəstək mesajı ünvanlayıb.
Aktyor Robertə müraciətlə yazdığı açıqlamada onun Bond rolunda möhtəşəm çıxış edəcəyinə inandığını bildirib.
Brosnan həmçinin Robertlə birlikdə “Remember Me” filminin çəkilişləri zamanı keçirdiyi günləri xoş xatirələrlə yad edib. “Əziz Robert, Bond dünyasına xoş gəlmisən! Sən bu obrazda möhtəşəm olacaqsan. Birlikdə “Remember Me” filmini çəkdiyimiz günləri xoş xatırlayıram. Sənin necə diqqətəlayiq yaradıcılıq yolu keçdiyini və hər yeni işinlə daha da irəli getdiyini izləmək mənim üçün böyük sevinc olub. Bu macəradan zövq al!” – deyə Pirs Brosnan yazıb.
Aktyor mesajını irland dilində “Gra mor” – “Böyük sevgi ilə” sözləri ilə tamamlayıb.
Qeyd edək ki, Pirs Brosnan Ceyms Bond obrazını canlandırıb və bu rola görə dünya şöhrəti qazanıb.
AzPost.az
Post navigation
