"Pink Accessories" MMC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTOFAKT


Paytaxtın Səbail rayonunda hüquqi qeydiyyatda olan "Pink Accessories" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə xeyli məbləğdə vergi borcu var.
32gun.az-ın əldə etdiyi xəbərə görə, şirkətin hazırkı vergi borcu 123.750,36 AZN (123,7 min manatdan çox) təşkil edir.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, ev 3 ünvanında hüquqi qeydiyyatda olan MMC-nin nizamnamə kapitalı 438.846 AZN (438,8 min manatdan çox), qanuni təmsilçisi isə Hüseyn Arif oğlu Əliyevdir. Ayaz
1 mənbə