Petr Çex həyatımı xilas etdi


“Çelsi”nin keçmiş oyunçusu Xuan Mata 2011/12 mövsümünün Çempionlar Liqası finalını xatırlayıb.
Həlledici matçda “təqaüdçülər” ” Bayern Münhen”i penaltilər seriyasında məğlub ediblər.
Publika.az xəbər verir ki, “Mundo Deportivo” ispaniyalı oyunçunun sözlərini sitat gətirib:
“Penaltilər seriyasında zərbəni dəqiq yerinə yetirə bilmədim. Komanda yoldaşlarımın yanına qayıdarkən düşündüm: “Ümid edirəm ki, mənim səhvim ucbatından uduzmayacağıq”.
Petr Çex o zaman həyatımı xilas etdi. Əgər o olmasaydı, qol vurmayan tək mən ola bilərdim” .
Bu həftə Mata futboldan ayrıldığını açıqladı. İspan cinah oyunçusunun son klubu “Melburn” olub.
1 mənbə
