Məğlubiyyətsiz döyüşçünün hədəfində UFC çempionları var
1sport.az1Sport.az

UFC-nin məğlubiyyətsiz döyüşçüsü Navaho Stirlinq yarım ağır çəkidə tanınmış rəqiblərlə qarşılaşmaq istədiyini bildirib.
1Sport.az xəbər verir ki, MMAFightingSBN YouTube kanalına verdiyi müsahibəsinə əsasən yeni zelandiyalı döyüşçü Maqomed Ankalayev, Yan Blaxoviç, İrji Proxazka və Aleks Pereyranı mümkün rəqibləri sırasında göstərib:
“Onlarla döyüşmək mənim haqqımda çox şey deyə bilər. Mən hələ karyeramın başlanğıcındayam. Onları məğlub etdikdən sonra öz erama başlamaq istəyirəm”
Qeyd edək ki, 29 yaşlı döyüşçünün peşəkar MMA karyerasında 11 qələbəsi var. O, bu qələbələrin 7-sini nokautla qazanıb və hələ məğlubiyyətlə üzləşməyib.
