Herbert Hayner: "Bavariya"nın DNT-si satıla bilməz


Almaniyanın "Bavariya" klubunun prezidenti Herbert Hayner komandanın dəyərləri və kimliyi barədə danışıb.
Offsideplus.az xəbər verir ki, Hayner klubun əsasını təşkil edən prinsiplərin pulla ölçülə bilməyəcəyini vurğulayıb: "Maliyyə vəsaiti klubun inkişafına kömək edə bilər, lakin heç vaxt "Bavariya"nın kimliyini müəyyənləşdirmir. Bizim DNT-mizin qiyməti yoxdur, çünki o, əvəzolunmazdır. Kluba güclü tərəfdaşlar lazımdır və bizdə onlar var. Kapital çox vacib rol oynayır, amma heç vaxt klubumuzun kimliyini müəyyən etməyəcək!"
