Petech Academy müasir rəqəmsal bacarıqlar üzrə təlimlər təşkil edir


Müəllif: Aynur Camal23 Noyabr 2026, 19:4323 Noyabr 2026, 19:480
Sosial media, süni intellekt və vizual kontent istehsalının gündəlik həyatın və iş dünyasının mühüm hissəsinə çevrildiyi bir vaxtda rəqəmsal bacarıqlara maraq artır. Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən platformalardan biri də yaradıcılıqla müasir texnologiyaları birləşdirən Petech Academy-dir.
Bugun.tv xəbər verir ki, Petech platformasının nəzdində fəaliyyət göstərən akademiya iştirakçılara müasir rəqəmsal alətlərdən istifadə etməyi və yaradıcı ideyalarını praktik bacarıqlara çevirməyi öyrətməyi hədəfləyir.
Akademiyanın təqdim etdiyi təlim proqramlarına dörd əsas istiqamət daxildir: sosial media marketinqi, generativ süni intellekt, qrafik dizayn və mobiloqrafiya.
Sosial media marketinqi üzrə brendlərin rəqəmsal platformalarda təqdimatı, kontent strategiyasının hazırlanması və reklamların idarə olunması öyrədilir. Generativ süni intellekt istiqaməti müxtəlif süni intellekt alətlərindən istifadə etməklə yaradıcı və vizual məzmun hazırlamağa yönəlib. Qrafik dizayn təlimlərində vizual düşüncə və dizayn prinsipləri, mobiloqrafiyada isə smartfonla foto və video çəkilişinin əsasları tədris olunur.
Tədrisdə praktiki yanaşma
Petech Academy-nin məlumatına görə, tədris prosesi yalnız nəzəri biliklərlə məhdudlaşmır. İştirakçılar praktiki məşğələlər, real layihələr və tətbiqyönümlü tapşırıqlar vasitəsilə öyrəndiklərini sınaqdan keçirmək imkanı əldə edirlər.
Akademiya rəqəmsal dünyada fəaliyyət göstərmək, kontent yaratmaq və texnologiyadan daha səmərəli istifadə etmək istəyən şəxslər üçün bu istiqamətlərdə bilik və bacarıqların inkişafını hədəfləyir.
