Kibertəhlükəsizlik bazarında 43,9 milyard dollarlıq birləşmə


ABŞ-nin kibertəhlükəsizlik şirkəti CrowdStrike rəqibi Zscaler-i 43,9 milyard dollar dəyərində səhmlə satın almaq barədə razılığa gəlib. Plat.az Reuters-ə istinadən xəbər verir ki, bu sövdələşmə kibertəhlükəsizlik sektorunda indiyədək qeydə alınan ən böyük satınalmalardan biri olacaq.
Razılaşmaya əsasən, Zscaler səhmdarları sahib olduqları hər bir səhmə görə CrowdStrike-ın 1,135 səhmini əldə edəcəklər. Təklif Zscaler-in son birja qiyməti ilə müqayisədə təxminən 34 faiz mükafat nəzərdə tutur. Birləşmədən sonra CrowdStrike səhmdarlarının yeni şirkətdəki payı təxminən 84,1 faiz, Zscaler investorlarının payı isə 15,9 faiz olacaq. Tərəflər birləşmiş şirkətin illik təkrarlanan gəlirinin 10 milyard dolları ötəcəyini gözləyirlər. Əqdin 2028-ci maliyyə ilinin ikinci yarısında, səhmdarların və tənzimləyici qurumların razılığından sonra tamamlanması planlaşdırılır.
