Peskov öz işinin öhdəsindən əla gəlir — Tramp


Siyasət
19 Noyabr 2026, 11:40
10 baxış
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşün əvvəlində Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun öz işinin öhdəsindən “əla gəldiyini” bildirib.
Yenicag.az xəbər verir ki, bu hadisə Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində baş tutub.
Ağ Evin mətbuat hovuzuna daxil olan jurnalistlərin verdiyi məlumata görə, Tramp görüşün əvvəlində Peskovun çiyninə vuraraq Rusiya Prezidentinin mətbuat katibinin “öz işinin öhdəsindən əla gəldiyini” vurğulayıb.
Qeyd edək ki, iki liderin qısa görüşü Çin Xalq Respublikasının Sədri Si Cinpinin də iştirak edəcəyi üçtərəfli görüş ərəfəsində keçirilir.