Pep Qvardiola ABŞ millisinin baş məşqçisi olmayacaq


Pep Qvardiola ABŞ milli komandasının baş məşqçisi postuna namizəd olmayacaq.
Offsideplus.az xəbər verir ki, daha əvvəl ABŞ Futbol Federasiyası ispaniyalı mütəxəssisi əsas namizəd kimi nəzərdən keçirirdi. Lakin The Telegraph-ın məlumatına görə, "Mançester Siti"nin sabiq baş məşqçisi beynəlxalq arenada işləmək istəsə də, yaxın bir il ərzində heç bir təklifə baxmaq niyyətində deyil və futboldan fasilə götürmək qərarı verib.
