Pentaqon rəhbəri Venesuelaya səfər edib


ABŞ-ın müdafiə naziri Pit Heqset Venesuelaya səfər edib. O, ölkənin müvəqqəti rəhbərliyi ilə görüşlər keçirib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Səfər ABŞ Prezidenti Donald Tramp administrasiyasının Venesuelada Vaşinqtonun təsirini gücləndirmək səyləri fonunda baş tutub. Heqset bu il Venesuelaya səfər edən Tramp administrasiyasının növbəti yüksək vəzifəli nümayəndəsi olub.
Venesuelanın dövlət televiziyası Heqsetin ölkənin müvəqqəti prezidenti Delsi Rodrigeslə Karakasdakı prezident sarayında görüşünün görüntülərini yayımlayıb. Pentaqon səfər barədə əvvəlcədən ictimaiyyətə məlumat verməyib.
Görüş zamanı Rodriges iki ölkə arasında əməkdaşlıq sazişlərinin Venesuela hərbçilərinin ABŞ tərəfindən təlim keçməsinə imkan yaradacağını bildirib. Onun sözlərinə görə, bu əməkdaşlıq silahlı qüvvələrin hazırlığının gücləndirilməsinə, silahlanmanın təkmilləşdirilməsinə və yeni texnologiyalara çıxışa şərait yaradacaq.
Qeyd edək ki, ABŞ hərbçiləri bu ilin yanvarında Venesuelada keçirdikləri əməliyyat nəticəsində ölkənin keçmiş prezidenti Nikolas Maduronu saxlayaraq Nyu-Yorka aparıblar. O, narkotik ticarəti ilə bağlı ittihamları rədd edir.