Pensiya və sosial ödənişlərlə bağlı yenilik


Xaricdə yaşayan azərbaycanlılara sosial ödənişlərin elektron qaydada və proaktiv formada həyata keçirilməsi planlaşdırılır.
Demokrat.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev məlumat verib.
O bildirib ki, hazırda xarici ölkələrdə yaşayan vətəndaşlara beynəlxalq sazişlər əsasında ödənilən pensiyaların, sosial müavinətlərin və təqaüdlərin rəqəmsallaşdırılması istiqamətində iş aparılır.
Fondun rəhbərinin sözlərinə görə, DSMF-nin təqdim etdiyi 79 xidmətdən 78-i artıq elektronlaşdırılıb. Yalnız xaricdə yaşayan vətəndaşlara sosial ödənişlərin həyata keçirilməsi ilə bağlı xidmət hələ rəqəmsal formata keçirilməyib.
Zəka Mirzəyev qeyd edib ki, bu ödənişlərin proaktiv qaydada həyata keçirilməsi üçün digər dövlətlərin müvafiq elektron sistemləri ilə inteqrasiya tələb olunur. Hazırda bu imkanın olmaması prosesi çətinləşdirir. Bununla belə, məsələ ilə bağlı işlər davam etdirilir. (report)
Dərc vaxtına görə
Demokrat.azoxuduğunuz
Pensiya və sosial ödənişlərlə bağlı yenilik