Azərbaycanda növbəti sosial islahat paketi çərçivəsində ödənişlər artırılacaq


10 mənbə əsasında
Azərbaycanda 2027-ci ildə altıncı sosial islahat paketinin həyata keçirilməsi planlaşdırılır və bunun üçün dövlət büdcəsində maliyyə təminatı nəzərdə tutulub. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin açıqlamasına əsasən hazırlanan bu tədbirlər əhalinin gəlirlərinin artırılmasına və inflyasiyanın mənfi təsirlərinin yumşaldılmasına xidmət edəcək. İqtisadçıların proqnozlarına görə, proses zamanı pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi, eləcə də minimum əməkhaqqı, müavinətlər və dövlət sektorunda çalışanların maaşlarının artırılması gözlənilir.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Pensiya, müavinət və maaşlar ARTIRILIR – Detallar açıqlandı
2027-ci ildə Azərbaycanda növbəti sosial islahat paketinin həyata keçirilməsi nəzərdə tutulur. Artıq bununla bağlı maliyyə təminatı dövlət büdcəsinin layihəsində öz əksini tapıb.Proses hansı sahələrə şamil olunacaq?Oxu24.com xəbər verir ki, globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, nəzərdə tutulan sosial paketin əsas istiqaməti əhalinin gəlirlərinin artırılması və inflyasiyanın insanların alıcılıq qabiliyyətinə təsirinin yumşaldılması olacaq:“Artıq rəsmi açıqlamalardan da görünür ki, söhbət yalnız pensiyaların artırılmasından getmir. Əməkhaqlarının və sosial ödənişlərin artırılması da nəzərdə tutulan tədbirlər sırasındadır. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bununla bağlı növbəti, altıncı sosial islahat paketinin hazırlanması üçün büdcədə maliyyə təminatının yaradıldığını bildirib. İlk növbədə pensiyaların artırılması gözləniləndir. Çünki Azərbaycanda pensiyaların indeksləşdirilməsi orta aylıq əməkhaqqının artımına uyğun həyata keçirilir. Mövcud büdcə proqnozlarında 2027-ci ildə pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Bu, pensiyaçıların gəlirlərində artım olacağını göstərir”.İqtisadçı bildirib ki, minimum əməkhaqqının, minimum pensiyanın, müavinətlərin və dövlət sektorunda çalışanların əməkhaqlarının artırılması da sosial paketin mümkün istiqamətlərindəndir:“Xüsusilə aztəminatlı ailələrə, əlilliyi olan şəxslərə, şəhid ailələrinə və digər həssas sosial qruplara dəstəyin genişləndirilməsi gündəmdə ola bilər. Amma burada bir məqamı nəzərə almaq lazımdır. Maaş və pensiyaların artırılması özü-özlüyündə əhalinin real rifahının yüksəlməsi demək deyil. Əgər artımla paralel olaraq ərzaq, kommunal xidmətlər və digər gündəlik tələbat məhsullarının qiymətləri də yüksəlirsə, vətəndaşın əldə etdiyi əlavə gəlirin bir hissəsi yenidən xərclərə gedəcək. Ona görə də sosial paketin effektivliyi yalnız ayrılacaq vəsaitin həcmi ilə yox, insanların real alıcılıq qabiliyyə
Tam oxu Oxu24.com saytındaDərc vaxtına görə