Paşinyan Ermənistanda neft emalı zavodunun tikintisinə nəyin mane olduğunu açıqlayıb


“Ermənistanda neft emalı zavodunun tikintisi ilə bağlı təşəbbüsün reallaşdırılmasını sanksiya təhlükəsi çətinləşdirir”.
Ordu.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə neft emalı zavodunun tikintisi təşəbbüsünün niyə ləngidiyini açıqlayıb.
Paşinyan noyabrın 19-da keçirdiyi brifinqdə bildirib ki, sanksiya təhlükəsi olmasaydı, Ermənistan bu layihəni böyük məmnuniyyətlə həyata keçirərdi.
Onun sözlərinə görə, zəruri texnologiyaları əldə etmək mümkün olmur, çünki onları satan şirkətlər özlərinin də sanksiyalara məruz qalacağından ehtiyat edərək sövdələşmədən imtina edirlər.
“Bunun səbəbi İrandan idxal olunan neftin emalının nəzərdə tutulmasıdır”, - deyə Paşinyan qeyd edib.
Paşinyan bildirib ki, məsələ ABŞ və Avropa İttifaqı ilə müzakirə edilməlidir: “Əgər onlar sanksiyaların tətbiq edilməməsi imkanını görsələr, layihə həyata keçiriləcək”.
Alpər Mövludoğlu Ordu.az
1 mənbə