Partlayış nəticəsində yaralanan jurnalist KOMADAN ÇIXDI


Rusiyalı jurnalist Sergey Zavorotnı komadan ayılıb və müstəqil şəkildə nəfəs almağa başlayıb. Həkimlər onun vəziyyətində müsbət dəyişikliklərin olduğunu bildirirlər.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə “Mash” nəşri məlumat yayıb.
Məlumata görə, 72 yaşlı jurnalist süni tənəffüs aparatından ayrılıb. Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilən Zavorotnı huşundadır və yaddaşı yerindədir. Bununla belə, vəziyyəti hələ də ağır qiymətləndirilir.
Hadisə ilə bağlı 21 yaşlı Moskva sakini Yelizaveta K. qətl cəhdində şübhəli bilinərək həbs edilib. Baytar işləyən gənc qadının zərərçəkənin yaşadığı ərazidən iki kilometr aralıda yaşadığı bildirilir.
“Mash”ın məlumatına görə, iyul ayında Ukraynadan olan dələduzlar Yelizaveta ilə əlaqə saxlayaraq əvvəlcə ondan pul alıblar, daha sonra isə müxtəlif tapşırıqlar verməyə başlayıblar.
İddialara əsasən, qadın əvvəlcə Zavorotnının avtomobilini izləyib, daha sonra isə onun avtomobilinin altına partlayıcı qurğu yerləşdirib. O, qurğunun GPS izləyicisi olduğunu düşünüb.
Qeyd edək ki, partlayış noyabrın 13-də Moskvanın Çertanovo rayonundakı Kirovoqrad küçəsində baş verib. Hadisə nəticəsində Sergey Zavorotnı sol qolunu itirib və komaya düşüb.
Şübhəli şəxsi 11 il 6 ayadək həbs cəzası gözlədiyi bildirilir.
