Parisin meri oyuna görə işə gəlmədi


Paris meri Emmanuel Qrequar yeni video oyunu GTA VI-ya görə gecəni oyaq keçirərək işə gecikməkdə şübhəli bilinir.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, jurnalist Enzo Morel bu ehtimalı “X” sosial şəbəkəsində irəli sürüb.
Məlumata görə, siyasətçi şəhər şurasının yerli vaxtla saat 09:00-da başlamalı olan iclasına yalnız günorta saatlarında gəlib.
Diqqət çəkən məqam isə bundan bir gün əvvəl Qrequarın “Instagram” hesabında GTA VI oyununun təqdimatına qədər geri sayımı əks etdirən və “Gedək!!!!” sözləri ilə müşayiət olunan hekayə paylaşmasıdır.
Jurnalist hesab edir ki, mer gecəni yeni video oyunu oynamaqla keçirib. Lakin bu iddianın rəsmi təsdiqi yoxdur.
Qrequarın özü və onun mətbuat xidməti gecikmənin səbəbi ilə bağlı hələlik açıqlama verməyib.
