Cənubi Koreyada 10 ildən sonra vəba aşkarlandı


DÜNYA
20 Noyabr 2026 | 12:57 | Müəllif: Gülşən Şərif
Cənubi Koreyada 10 ildən sonra ilk dəfə vəba xəstəsi aşkarlanıb.
Bakıvaxtı.az "Associated Press"ə istinadən xəbər verir ki, Koreya Xəstəliklərə Nəzarət Agentliyi məlumatı təsdiqləyib.
Noyabrın əvvəlində Çanqvon şəhərində bir nəfər özünü pis hiss edərək xəstəxanaya gedib. Onun vəbaya yoluxduğu məlum olub. Xəstə sağalaraq evə buraxılıb.
Həkimlər indi xəstəliyin haradan yoluxduğunu və onun kimlərlə görüşdüyünü araşdırırlar.
Xatırladaq ki, sonuncu dəfə Cənubi Koreyada vəba 2016-cı ildə tapılmışdı. O vaxt 3 nəfər çirklənmiş dəniz məhsulları yediyi üçün xəstələnmişdi.
Gülşən Şərif
