Pakistanda avtobus avtosisternlə toqquşub, azı 10 nəfər ölüb


DÜNYA
19 Noyabr 2026 | 14:29 | Müəllif: Əli Hüseynov
Pakistanın cənub-qərbində sərnişin avtobusunun mayeləşdirilmiş neft qazı (LPG) daşıyan avtosisternlə toqquşması nəticəsində ən azı 10 nəfər ölüb.
Bakıvaxtı.az DAWN-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Məlumata görə, Turbatdan Karaçiyə gedən avtobus Ormara rayonunun Basol yaşayış məntəqəsi yaxınlığında avtosisternlə toqquşub. Toqquşma nəticəsində yanğın baş verib və alov sürətlə hər iki nəqliyyat vasitəsini bürüyüb. Bir neçə nəfər yanıq xəsarəti alıb.
Xilasetmə xidmətləri, yerli administrasiya nümayəndələri və yol polisləri hadisə yerinə gəliblər. Zərərçəkənlər Ormara tibb mərkəzinə aparılıb.
Dərc vaxtına görə
Bakivaxti.azoxuduğunuz
Pakistanda avtobus avtosisternlə toqquşub, azı 10 nəfər ölüb