Ötən il yaradılan "Abşeron Şərab 1" MMC-nin 332,1 min manatdan çox vergi borcu yaranıb


Abşeron rayonunda hüquqi qeydiyyatda olan "Abşeron Şərab 1" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə külli miqdarda vergi borcu var.
32gun.az-ın əldə etdiyi xəbərə görə, şirkətin hazırkı vergi borcu 332.148,03 AZN (332,1 min manatdan çox) təşkil edir.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, 7 fevral 2025-ci il tarixində dövlət qeydiyyatına alınan (VÖEN verilən) MMC Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 1, mənzil 164 ünvanında yerləşir. Cəmiyyətin nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi isə Elvin Bahadur oğlu Rəfiyevdir.
Ayaz
1 mənbə
