Daxili İşlər Nazirliyi ölkə ərazisində keçirilən əməliyyatların nəticələrini açıqlayıb


4 mənbə əsasında
Noyabrın 18-də respublika ərazisində hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlər zamanı ümumilikdə 37 cinayətin üstü açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, həmin gün müxtəlif cinayətlərdə şübhəli bilinən 38 nəfər saxlanılıb. Eyni zamanda axtarışda olan 127 nəfər tutulub, eləcə də qanunsuz dövriyyədən 21 kiloqramdan artıq narkotik vasitə və müxtəlif növ silah-sursat götürülüb. Polis əməkdaşları itkin düşmüş kimi axtarılan dörd nəfəri də taparaq aidiyyəti üzrə təhvil veriblər.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Ötən gün 37 cinayətin açılması təmin olunub
Noyabrın 18-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub. DİN-in mətbuat xidmətindən bildirilib ki, 108-i borclu şəxs olmaqla, axtarışda olan 127 nəfər saxlanılıb. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Eyni zamanda narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib. Ümumi çəkisi 21,9 kiloqram olan narkotik vasitə aşkar olunaraq götürülüb. Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 2 tüfəng, 1 patron darağı və 25 ədəd patron aşkar edilərək götürülüb. Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.
Tam oxu Azərbaycan qəzeti saytındaDərc vaxtına görə
Azərbaycan qəzetioxuduğunuz
Ötən gün 37 cinayətin açılması təmin olunub