Osimhen "Qalatasaray"ı Avropa nəhənginə dəyişə bilər


"Qalatasaray"ın ulduz futbolçusu Viktor Osimhen karyerasını yenidən İtaliya A Seriyasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, "Yuventus"un tanınmış azarkeşi və idman məsləhətçisi Nikola Penta Viktor Osimhenin transferi ilə bağlı açıqlama verib. O, Turin təmsilçisinin yanvar transfer pəncərəsində əsas hədəfinin hücumçu olmalı olduğunu bildirib.
Penta hesab edir ki, “Yuventus” bütün transfer büdcəsini “Qalatasaray”ın nigeriyalı ulduzunun transferinə xərcləməlidir və Osimhen klub üçün ən real variantdır.
Futbolçu üçün irəli sürülən təklif 30-40 milyon avro ilkin ödəniş və qalan məbləğin hissə-hissə ödənilməsidir.
