Azərbaycanda ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu təşkil olunub


6 mənbə əsasında
Ölkədə həyata keçirilən Məşğulluq həftəsi çərçivəsində “Gülüstan” sarayında Dövlət-Biznes Əməkdaşlığı Forumu baş tutub. Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi tədbirdə hökumət rəsmiləri, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər. Forum zamanı həssas qrupların məşğulluğuna dəstək verən sosial tərəfdaşlar mükafatlandırılıb. Tədbirin əsas məqsədi dövlət qurumları ilə özəl sektor arasında əmək və məşğulluq sahəsində birbaşa dialoqu və tərəfdaşlığı gücləndirməkdir.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Ölkəmizdə ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib
Həssas qruplara aid şəxslərin məşğulluğunun təminatında aktiv iştirak edən sosial tərəfdaşlar mükafatlandırılıb.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Məşğulluq həftəsi” çərçivəsində ölkəmizdə ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib.“Gülüstan” sarayında təşkil olunan, “İmkanlar və inam” devizi ilə keçirilən tədbirin açılışında hökumət rəsmiləri, sosial tərəfdaşların, o cümlədən özəl sektorun nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.Forum dövlət qurumları ilə özəl sektor arasında əmək və məşğulluq sahəsində birbaşa dialoqu gücləndirmək, qarşılıqlı etimadı daha da artırmaq, yeni tərəfdaşlıq imkanları yaratmaq, biznes subyektlərinin dövlət dəstəyi mexanizmləri, mövcud güzəştlər və təşviq alətləri barədə məlumatlılığını artırmaq, əmək bazarında aktual məsələləri müzakirə edərək birgə həll yollarını müəyyən etmək məqsədi daşıyıb.Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən sosial islahatlar çərçivəsində əmək bazarının müasir çağırışlarına uyğun olaraq dövlət məşğulluq siyasətinin də əhəmiyyətli islahat dövrü keçdiyini diqqətə çatdırıb. O, əhalinin məşğulluğunun təminatında işəgötürənlərin rolunu, Nazirliyin işəgötürənlərlə münasibətləri daha çox xidmət modeli əsasında quraraq onlarla əməkdaşlığın daha da güclənməsinə nail olduğunu qeyd edib.İşəgötürənlərlə birgə təşkil edilən aktiv məşğulluq proqramlarını diqqətə çatdıran nazir son illərdə işlə təmin olunanların illik sayının 3,4 dəfə, özünüməşğulluq proqramına cəlb olunanların sayının 5,7 dəfə, peşə hazırlığına cəlb olunanların sayının 4,1 dəfə, kvota üzrə işlə təmin olunanların sayının 2,6 dəfə, əməkhaqqının birgə maliyyələşməsi proqramına cəlb olunanların sayının 3,5 dəfə artdığını deyib.Anar Əliyev qeyri-formal məşğulluğun azaldılması işlərini, özəl sektorda bu ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisb
Tam oxu Sabahinfo.az saytındaDərc vaxtına görə
