Obama: “Respublikaçılar tərəfində qolf klubunu xatırladan mənzərə, demokratların tərəfində isə bütün Amerika var idi”


20.11.2026 - 19:39
ABŞ-ın sabiq prezidenti Barak Obama Konqresdə Birliyin vəziyyəti ilə bağlı çıxışlar zamanı müşahidə etdiyi mənzərədən danışıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Obama bildirib ki, səkkiz dəfə iştirak etdiyi bu çıxışlar zamanı Respublikaçılar Partiyasının üzvləri ilə Demokratlar Partiyasının üzvləri arasında nəzərəçarpan fərq görüb.
“Diqqətimi həmişə çəkən məqamlardan biri bu idi: Nümayəndələr Palatasında çıxış etmək üçün zala daxil olanda bir tərəfdə hamı bir-birinə bənzəyirdi. Sanki orada qolf klubu idi. Demokratların tərəfində isə Amerikanın bütün rəngarəngliyini görmək mümkün idi. Orada hər kəs təmsil olunurdu. Bu isə böyük gücdür”, – deyə Obama bildirib.
Jalə