Rusiya Ədliyyə Nazirliyi bir sıra tanınmış şəxslərin adını reyestrə DAXİL ETDİ
InterpressXuraman Etibarli


Rusiyalı siyasətçilər Lyubov Sobol, Maksim Kats, İlya Ponomaryov və Abbas Qallyamov xüsusi məhdudiyyətlər siyahısına daxil edilib
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyi məlumat yayıb.
Lyubov Sobol, Maksim Kats, İlya Ponomaryov və Abbas Qallyamov Rusiyada barələrində “müvəqqəti məhdudiyyətlər” tətbiq olunan şəxslərin reyestrinə daxil ediliblər.
Rusiya Ədliyyə Nazirliyi həmçinin teleaparıcı Tatyana Lazareva və aktyor Artur Smolyaninovu müvəqqəti məhdudlaşdırıcı tədbirlərə məruz qalan şəxslər reyestrinə əlavə edib.
Məlumatı Rusiya Ədliyyə Nazirliyi açıqlayıb.
Xuraman Etibarlı
İnterpress.az
1 mənbə