Koreya səfiri: Azərbaycan xalqının qonaqpərvərliyini heç vaxt unutmayacağam


BAKI, 20 noyabr. TELEQRAF
Koreyanın Azərbaycandakı səfiri Kimqu Kanq Bakıda çalışdığı müddətdə qazandığı dostluğu, keçirdiyi görüşləri və Azərbaycan xalqının qonaqpərvərliyini daim xatırlayacağını bildirib.
Teleqraf xəbər verir ki, bunu səfir Koreyanın Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı deyib.
Kimqu Kanq Azərbaycanda olduğu müddətdə dövlət rəsmiləri və işgüzar dairələrin nümayəndələri ilə çoxsaylı görüşlər keçirdiyini söyləyib.
Universitetlərə səfərlərini, ölkənin müxtəlif bölgələrində keçirdiyi günləri xoş xatirələri sırasında qeyd edib.
Diplomat tələbələrin həvəsini, düşündürücü suallarını və Koreyaya səmimi marağını unutmayacağını vurğulayıb.
O, Azərbaycan xalqının onu səmimiyyətlə və qonaqpərvərliklə qarşıladığını da xüsusi qeyd edib.
Səfir Bakıda olduğu müddətdə göstərilən dostluğa, dəstəyə və dəyərli məsləhətlərə görə hər kəsə təşəkkür edib:
"Karyeramın bu son mərhələsi mənim xüsusi əhəmiyyət daşıyır və gələcəkdə yollarımızın yenidən kəsişəcəyinə ümid edirəm”.
1 mənbə