NYT: Tramp İrana yeni zərbələr endirmək planlarını nəzərdən keçirir


ABŞ prezidenti kəşfiyyat məlumatları və İsrailin çağırışları əsasında İrana qarşı genişmiqyaslı yeni hərbi zərbələr endirmək imkanını nəzərdən keçirir.
Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Tramp hələ yekun qərar qəbul etməyib. Lakin o, İsrailin İranın raket və PUA ehtiyatlarını bərpa etməsi, eləcə də kimyəvi və bioloji silahların hazırlanmasında irəliləyiş əldə etməsi ilə bağlı xəbərdarlıqlarını araşdırır.
Nəşrin məlumatına görə, ABŞ prezidenti həmçinin regionda Amerika hərbi mövcudluğunun gücləndirilməsinin İrana zərbə endirmək üçün əlverişli imkan yaratdığını düşünür.
“Administrasiya daxilində kəşfiyyat məlumatlarının etibarlılığı və İrana qarşı yeni hücumun məqsədəuyğunluğu, xüsusilə aralıq seçkilərdən sonra bunun nə dərəcədə düzgün olacağı ilə bağlı ciddi fikir ayrılıqları var”, - deyə “The New York Times” yazıb.
Sevinc Əliyeva Ordu.az
Dərc vaxtına görə