Növbəti köç Zəngilanın Cahangirbəyli kəndinə çatıb - Foto


Bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinə köç olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Cahangirbəyli kəndinə 20 ailə - 84 nəfər köçürülüb.
Sakinlərə yeni evlərinin açarları təqdim olunub.
Açarların təqdimolunma mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
14:48
Növbəti köç Cəbrayılın Soltanlı kəndinə çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Soltanlı kəndinə 17 ailə - 74 nəfər köçürülüb.
Sakinlərə həmçinin mənzillərin açarları da təqdim olunub.
14:23
Bu gün Xocavənd şəhərinə və Quzeyxırman kəndinə çatan keçmiş məcburi köçkün ailələrə evlərinin açarları təqdim olunub.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
13:31
Xocavənd şəhərinə və Quzeyxırman kəndinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu gün Xocavənd şəhərinə 36 ailə olmaqla 140 nəfər, Quzeyxırman kəndinə 12 ailə olmaqla 45 nəfər köçürülüb.
Köçürülən sakinlərin məskunlaşması üçün yaşayış yerlərində lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.
07:41
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu gün Xocavənd rayonunun Xocavənd şəhərinə, Quzeyxırman kəndinə, eyni zamanda Cəbrayılın Soltanlı və Zəngilanın Cahangirbəyli kəndlərinə köç olub.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocavənd şəhərinə 36 ailə -140 nəfər, Quzeyxırman kəndinə isə 12 ailə - 45 nəfər, Soltanlı kəndinə 17 ailə - 74 nəfər, Cahangirbəyli kəndinə isə 20 ailə - 84 nəfər köçürülüb.
07:11
Oxu.Az xəbər verir ki, bu gün Xocavənd rayonunun Xocavənd şəhərinə, Quzeyxırman kəndinə, eyni zamanda Cəbrayılın Soltanlı və Zəngilanın Cahangirbəyli kəndlərinə köç olacaq.
Bu mərhələdə Xocavənd şəhərinə 36 ailə -140 nəfər, Quzeyxırman kəndinə isə 12 ailə - 45 nəfər, Cəbrayılın Soltanlı kəndinə 17 ailə - 74 nəfər, Zəngilanın Cahangirbəyli kəndinə isə 20 ailə - 84 nəfər köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Dərc vaxtına görə
