Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi vahid sənəd hesab olunur


Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda yol hərəkətində olan nəqliyyat vasitəsi və onun sahibi barədə məlumatları təsdiqləyən vahid sənəddir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Sənəddə Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı olan “AZ” işarəsi göstərilir. Həmçinin şəhadətnaməni verən orqanın adı və sənədin verilmə tarixi qeyd olunur. Qeydiyyat şəhadətnaməsində nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi, buraxılış ili və ya ilk qeydiyyat tarixi, sahibinin şəxsi məlumatları və yaşayış yeri əks etdirilir. Sənəddə istehsalçının adı və ya marka, mühərrik, ban və şassi nömrələri, rəng, habelə qanunla nəzərdə tutulan digər texniki məlumatlar da yer alır.
Yazı naviqasiyası
1 mənbə