“Neftçi” Qadınlar Super Liqasında: 5 oyun, 5 qələbə


Şriftin ölçüsü:
17.11.2026 11:53
“Neftçi” Liv Bona Dea Qadınlar Super Liqasında ardıcıl beşinci qələbəsini qazanıb.
Futbolxeber.az saytının məlumatına görə, qadınlardan ibarət komanda 5-ci turda “Şəfa” klubuna 3:0 hesabı ilə qalib gəlib.
“Baku Arena”da baş tutan matçda Şəfəq Nəsirova dubla imza atıb. Digər qolu Manə Mollayeva vurub.
Qeyd edək ki, “Neftçi” 5 oyundan sonra 15 xalla turnir cədvəlində vahid liderdir.
