"Real" Orelyen Çuameni ilə müqavilənin müddətini uzadıb

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Real" klubu futbolçusu Orelyen Çuameni ilə sözləşməni yeniləmək barədə razılığa gəlib.
"Report" Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşma 2032-ci il iyunun 30-dək qüvvədə olacaq.
O.Çuameni 2022-ci ildə "Real"a transfer olunub. O, komandanın formasını geyindiyi 5 mövsüm ərzində 205 matçda meydana çıxıb və ümumilikdə 8 titul qazanıb. Futbolçu "Kral klubu"nun heyətində 1 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə klublararası dünya çempionatının, 2 dəfə UEFA Superkubokunun, 1dəfə İspaniya La Liqasının, 1 dəfə İspaniya Kubokunun və 1 dəfə İspaniya Superkubokunun qalibi adını qazanıb.
Qeyd edək ki, Fransa millisinin üzvü olan futbolçu indiyədək yığmada 50 görüş keçirib və 2021-ci ildə UEFA Millətlər Liqasının qalibi olub.
